Son dəqiqə

Zəngəzur dəhlizi Birol Akgün Türkiyə-Azərbaycan enerji əlaqələri Türkiyə Azərbaycan qardaşlığı TRIPP layihəsi Türkiyə Azərbaycan əməkdaşlığı

Azərbaycan–Türkiyə münasibətləri bu gün tarixin ən yüksək inkişaf mərhələsini yaşayır - Birol Akgün

BAKI, TurkicWorld

“Bir millət, iki dövlət” prinsipinə əsaslanan bu strateji tərəfdaşlıq hər sahədə – xüsusilə siyasi və iqtisadi müstəqillik istiqamətində ardıcıl və məqsədyönlü şəkildə güclənir. Hər iki qardaş ölkə xarici asılılıqlardan uzaq, dayanıqlı iqtisadi model qurmaq üçün birgə səylərini davam etdirir.

TurkicWorld xəbər verir ki, Bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün “Suveren Azərbaycan – Biznesdə yeni cığır” adlı konfransda çıxışı zamanı bildirib.

Səfir Qarabağ bölgəsində aparılan iqtisadi bərpa proseslərini və region üçün strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizini xüsusi vurğulayıb. Onun sözlərinə görə, Türkiyə tərəfi TRIPP nəqliyyat marşrutu çərçivəsində Qars–Naxçıvan istiqamətində yol tikintisinə artıq start verib. Azərbaycan isə dəhlizin Ermənistanla sərhədə qədər olan hissəsində tikinti işlərini sürətlə davam etdirir.

Birol Akgün qeyd edib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə region ölkələri üçün yeni iqtisadi imkanlar yaradacaq. Bu layihə Orta Dəhlizin inkişafını sürətləndirəcək, bölgədə sülh və sabitliyin möhkəmlənməsinə xidmət edəcək və nəticə etibarilə insanların sosial rifahına müsbət təsir göstərəcək.

Mövzuya görə xəbərlər