Son dəqiqə

Azərbaycan TÜİB Hüseyin Büyükfırat Birol Akgün Azərbaycan–Türkiyə münasibətləri Nedim Kaya

TÜİB-in yeni baş katibi Nedim Kaya Türkiyənin Azərbaycandakı Səfiri Birol Akgünlə görüşüb

BAKI,TurkicWorld

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfırat və yeni baş katib Nedim Kaya Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün ilə görüş keçiriblər.

Görüş zamanı TÜİB-in qarşıdakı dövr üçün fəaliyyət planı, prioritet istiqamətləri, nəzərdə tutulan layihələr və Azərbaycan–Türkiyə iqtisadi və işgüzar əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkənin iş dünyası arasında əlaqələrin gücləndirilməsi, yeni əməkdaşlıq və investisiya imkanlarının təşviqi, eləcə də biznes nümayəndələri arasında daha sıx əlaqələrin qurulması istiqamətində qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Səfir Birol Akgün TÜİB-in yeni baş katibi Nedim Kayanı yeni vəzifəsi münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb.

TÜİB olaraq, Azərbaycan və Türkiyə arasında mövcud strateji tərəfdaşlığın iqtisadi və işgüzar müstəvidə daha da gücləndirilməsi, biznes icmaları üçün yeni imkanların yaradılması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.

Mövzuya görə xəbərlər