Bakı. TurkicWorld:
Ankarada Cənub-Şərqi Avropa müdafiə nazirləri toplantısı keçirilib.
TurkicWorld-un məlumatına görə, toplantı, Cənub-Şərqi Avropada regional təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın yaxşılaşdırılması məqsədilə təşkil edilib.
Toplantı zamanı Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər bildirib ki, SEDM üzvləri olaraq, üzv ölkə Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləyirik.
İclasda həmçinin Moldovanın SEDM prosesinə tamhüquqlu üzvlüyü təsdiq edilib.Bundan əlavə qeyd olunub ki, Ankarada keçirilən görüş SEDM-in ən yüksək səviyyəli iştiraklı görüşlərindən biri olub.
Qeyd edək ki, iclasda Gürcüstan, Moldova, Monteneqro, Rumıniya və Türkiyənin müdafiə nazirləri iştirak ediblər. Üzv ölkələr arasında rotasiyaya uyğun olaraq, 21-23 noyabr tarixlərində Ankarada 2023-cü il Müdafiə Nazirləri toplantısı keçirilib.
Aytac Süleymanova
Twitter: a_alieva_