
Bakı. TurkicWorld:
Qəzzadan daha 87 Türkiyə və Şimali Kipr Türk Respublikası (KKTC) vətəndaşı təxliyə edilib.
TurkicWorld-un məlumatına görə, vətəndaşlar Qahirədən hava yolu ilə Türkiyəyə gətiriləcək.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.
Qeyd edək ki, oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 12 300-ə yüksəlib.
Hafiz Rufizoğlu