Son dəqiqə

Türkiyə xarici işlər nazirliyi Hakan Fidan Qəzza

170 vətəndaşımız və onların yaxınları Qəzzadan çıxarılıb - Hakan Fidan

Bakı. TurkicWorld:

170 vətəndaşımız və onların yaxınları Qəzzadan çıxarılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.

"İndiyədək Qəzza üçün Misirə humanitar yardımla dolu 11 təyyarə göndərmişik. Səhra xəstəxanaları, tibbi avadanlıq, dərman və digər yardım ləvazimatları ilə dolu böyük bir gəmi də Misirə çatıb", - deyə o vurğulayıb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Qeyd edək ki, oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 12 300-ə yüksəlib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər