
Bakı. TurkicWorld:
Türkiyə yaralı qəzzalılar üçün təxliyyə təyyarəsi göndərib.
TurkicWorld-un məlumatına görə, Türkiyə Milli Müdafiə nazirliyi, Türkiyədə müalicə alacaq 109 qəzzalının təxliyyəsi üçün Hərbi Hava Qüvvələrinə məxsus A400M təyyarəsi göndərib.
Misirə gedəcək olan təyyarədə 10 nəfər tibb işçisi personalı da var.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.
Qeyd edək ki, oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 12 300-ə yüksəlib.
Aytac Süleymanova
Twitter: a_alieva_