Bakı. TurkicWorld:
Bütün dünya Türkiyənin hər mövzuda dediklərinə baxır.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz sosial media hesabında deyib.
“Türkiyənin ədalətli Fələstin davasına hərtərəfli dəstəyi Qəzzalıların səsinin eşidilməsini təmin edir. İndi bütün dünya Türkiyənin hər mövzuda nə dediyinə baxır.” – deyə o qeyd edib.
Ərdoğan bildirib ki, Türkiyə özünün və və qardaş ölkələrin reputasiyasını hər yerdə ən güclü şəkildə müdafiə edir və bunu davam etdirəcək.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.
Qeyd edək ki, oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 12 300-ə yüksəlib.
Hafiz Rufizoğlu