Zəngəzur dəhlizi Türkiyəni birbaşa Türk dövlətləri ilə əlaqələndirəcək - Uraloğlu

Zəngəzur dəhlizi Türkiyəni birbaşa Türk dövlətləri ilə əlaqələndirəcək - Uraloğlu

Bakı. TurkicWorld:

Zəngəzur dəhlizi Türkiyəni birbaşa Türk dövlətləri ilə əlaqələndirəcək.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

"Hazırda Bakı-Tbilisi-Qarsda davam edən təmir işləri var və bu dəhliz hazırda bağlıdır. Bu ilin sonunda açılacaq. Zəngəzur dəhlizi belə bir vəziyyət yarandıqda alternativ funksiya yerinə yetirəcək. Ona görə də həm alternativ, həm də tutumun artırılması baxımından ciddi inkişaf yaranacaq. Amma bunların bəlkə də ən önəmlisi Türkiyə ilə Türk dövlətləri arasında birbaşa əlaqə olacaq. Ona görə də Zəngəzur dəhlizinin açılmasına xüsusi önəm veririk”,- deyə nazir bildirib.

Qeyd edək ki, 16 Noyabr tarixində Türkiyənin Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, Zəngilanda keçirilən “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nəqliyyat nazirlərinin toplantısı”nda çıxış edib.

Aytac Süleymanova

Twitter: a_alieva_