
Bakı. TurkicWorld:
İsrailli əsirlərin ailəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana yardım məktubu ünvanlayıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyəli jurnalist Fulya Öztürk məlumat verib.
"Oktyabrın 7-də qaçırılan və HƏMAS tərəfindən əsir götürülənlərin ailəsi olaraq bu böhrana humanitar müdaxilənizi xahiş edirik. Uşaqlarımız, həyat yoldaşlarımız və yaşlı valideynlərimiz qaçırılandan bəri onlarla ünsiyyət qura bilmirik. Bölgənin böyük güclərindən birinin lideri və Yaxın Şərqdə geniş nüfuza malik biri kimi siz böyük dəstək üçün unikal mövqedəsiniz. Əsirlərin səhhətindən, sağ olub-olmamasından xəbərimiz yoxdur", - deyə məktubda qeyd edilib.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.
Oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 11 min 78-ə çatıb.