Bakı. TurkicWorld:
Qərb dövlətləri Qəzzada baş verən vəhşiliklər qarşısında susur .
AzerPress xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan bosniyalı həmkarı Elmedin Konakoviç ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib.
"İsrailin Qəzzada qanunsuzluqları qarşısında susmaq dünyanın digər yerlərində qanun pozuntularına yaşıl işıq yandırmağa bərabərdir. Qəzzada hədəfə alınan xəstəxanalar və məktəblərin bombalanmasına səssiz qala bilmərik. Biz bu qətliamı dayandırmaq və bu vəhşiliyə son qoymaq üçün çox çalışırıq. İsrailin hücumları dərhal dayandırılmalı və iki dövlətli həll mümkün qədər tez həyata keçirilməlidir", - deyə o vurğulayıb.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.
Oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 11 min 78-ə çatıb.







