İsrail cinayətlərini ört-basdır edə bilməyəcək - Türkiyə XİN

İsrail cinayətlərini ört-basdır edə bilməyəcək - Türkiyə XİN

Bakı. TurkicWorld:

İsrail Baş naziri Benyamin Netanyahunun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı əsassız böhtanları öz cinayətlərini ört-basdır edə bilməyəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

"Fələstin xalqına qarşı törətdikləri zülm və qırğınlarla İsrail rəsmilərinin qanundan danışmağa haqqı yoxdur. Artıq legitimliyini itirmiş İsrail hakimiyyəti bütün dünyanın gözü qarşısında xəstəxanaları bombalayaraq, qadın və uşaqları qətlə yetirməklə törətdikləri cinayətləri ört-basdır edə bilməyəcək. Bəşəriyyətə qarşı cinayət törədənlər gec-tez mühakimə olunacaqlar. Türkiyə Qəzzada törədilən qırğına qarşı çıxmağa və Fələstin xalqının haqq işini dəstəkləməyə davam edəcək", - deyə məlumatda qeyd edilib.

X: Lamanasadli01