Son dəqiqə

Türkiyə Yunanıstan Türkiyə Milli Müdafiə Nazirliyi Yaşar Gülər

Türkiyə və Yunanıstan arasında keçirilən etimad tədbirləri çərçivəsində görüş müsbət nəticələnib

Bakı. TurkicWorld:

Türkiyə və Yunanıstan arasında keçirilən etimad tədbirləri çərçivəsində görüş müsbət nəticələnib.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

"Yunanıstanla keçirilən etimad tədbirləri çərçivəsində görüş müsbət keçib və növbəti görüş üçün planlar hazırlanır. Növbəti tədbir Yunanıstanda keçiriləcək və tarixi qarşı tərəf təyin edəcək", - deyə o əlavə edib.

Bundan əlavə, o, ​​F-16 təyyarələri ilə bağlı mövcud prosesin davam etdiyini və hər hansı bir inkişaf olarsa məlumat veriləcəyini bildirib.

Qeyd edək ki, 13 noyabr tarixində Ankarada Türkiyə və Yunanıstan arasında hərbi “etimad quruculuğu”nun dördüncü raundu keçirilib. Hərbi və mülki nümayəndə heyətlərinin qatıldığı görüşdə bir çox məsələlər müzakirə olunub.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər