Son dəqiqə

İsrail Türkiyə xarici işlər nazirliyi Qətər Qəzza zolağı Hakan Fidan

Hakan Fidan Qətərin XİN rəhbəri ilə Qəzzadakı son hadisələri müzakirə edib

Bakı. TurkicWorld:

Türkiyə xarici işlər naziri Hakan Fidan Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani ilə telefonla danışıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə XİN paylaşım edib.

Görüş zamanı, Qəzzadakı son hadisələr müzakirə edilib.

Qeyd edək ki, danışıqlar çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı - Ərəb Liqasının şənbə günü, noyabrın 11-də Ər-Riyadda keçirilən Fövqəladə Birgə Zirvə Toplantısında qəbul edilmiş qərarların icrası istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə "Əqsa Tufanı" əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 11 min 78-ə çatıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər