Son dəqiqə

Türkiyə İsrail İran Rəcəb Tayyib Ərdoğan İbrahim Rəisi Qəzza

İbrahim Rəisinin Türkiyə səfərinin tarixi açıqlanıb

Bakı. TurkicWorld:

İran prezidenti İbrahim Rəisi 28 noyabr tarixində Türkiyəyə səfər edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"İranla birgə addımlar atmamaq üçün heç bir səbəb yoxdur. Qəzzada münaqişəyə son qoyulması və günahsız mülki insanların öldürülməsinin qarşısının alınması üçün İran və ya digər dövlətlərlə müzakirələrə hazırıq", - deyə o vurğulayıb.

Qeyd edək ki, oktyabrın 7-dən Qəzza zolağında ölənlərin ümumi sayı 11 min 78-ə çatıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər