Bakı. TurkicWorld:
Qəzzada baş verənlərə baxmayaraq atəşkəs çağırışı etməyən ölkələr var.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.
O qeyd edib ki, İsrail Fələstində hərbi cinayət törədir.
“30 gündür Qəzzada insanlığa qarşı hərbi cinayətlər törədilir. Bu hadisələrə baxmayaraq, elə ölkələr və hökumətlər var ki, hətta atəşkəs çağırışı edə bilmirlər. Biz Türkiyə olaraq dünən olduğu kimi bu gün də Fələstinin yanındayıq” – deyə Cevdet Yılmaz bildirib.
Qeyd edək ki, İsrailin Qəzzanın hər bölgəsini hədəf alan hücumları 27 oktyabrda bölgənin şimalında intensivləşib.
Qəzzada İsrailin hücumları nəticəsində həyatını itirənlərin sayı 9 min 61-ə çatıb, 32 min nəfər yaralanıb.
Hafiz Rufizoğlu