Türkiyədə fələstinli uşaqları qorumaq üçün texniki qrup yaradılıb

Türkiyədə fələstinli uşaqları qorumaq üçün texniki qrup yaradılıb

Bakı. TurkicWorld:

Dünəndən etibarən Türkiyədə fələstinli uşaqları qorumaq təşəbbüsü üçün texniki qrup yaradılıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş məlumat verib.

"Türkiyənin birinci xanımı Əminə Ərdoğanın himayəsi altında fələstinli kimsəsiz uşaqların Türkiyəyə gətirilməsi üçün səylər davam edir. Nazirliyimiz bölgədə atəşkəsin təmin edilməsi üçün BMT-yə məktub göndərib. Keçən həftə iki fələstinli nazirlə görüşümüz olub. Dünəndən etibarən, nazir müavinlərimizin sədrliyi ilə fələstinli uşaqları qorumaq təşəbbüsü üçün texniki qrup yaradılıb. Biz ukraynalı uşaqlara qayğı göstərdiyimiz kimi fələstinli uşaqların da qayğısına qalacağıq",- deyə nazir bildirib.

Qeyd edək ki, Qəzzada İsrailin hücumları nəticəsində həyatını itirənlərin sayı 9 min 61-ə çatıb, 32 min nəfər yaralanıb.

Ölənlərin 3 min 760-nın uşaq, 2 min 326-nın isə qadındır.

Məlumat üçün bildirək ki, İsrailin Qəzzanın hər bölgəsini hədəf alan hücumları 27 oktyabrda bölgənin şimalında intensivləşib.

Aytac Süleymanova