Son dəqiqə

BMT İsrail Türkiyə xarici işlər nazirliyi Səudiyyə Ərəbistanı Qəzza zolağı Hakan Fidan

Hakan Fidan UNRWA-nın baş komissarı ilə telefon danışığı aparıb

Bakı. TurkicWorld:

Türkiyə Xarici İşlər naziri Hakan Fidan BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini ilə telefon danışığı aparıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi paylaşım edib.

Paylaşımda, Hakan Fidanın Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Faysal bin Farhan ilə də danışıqlar apardığı bildirilib.

Qeyd edilib ki, görüş zamanı Qəzzadakı humanitar və cari vəziyyət müzakirə edilib.

Xatırladaq ki, İsrail bu gün Qəzzada Cibaliye qaçqın düşərgəsini bombalayıb. Hadisə nəticəsində ən az 100 nəfər həyatını itirib, xeyli sayda insan yaralanıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər