Bakı. TurkicWorld:
Süni intellekt sahəsində araşdırma, sahibkarlıq və innovasiyaları dəstəkləməklə, qlobal şirkətləri Türkiyəyə cəlb etməklə yanaşı, texnoloji ekosistemimizi inkişaf etdirəcək digər sahələrdə də yeni tədbirlər həyata keçirəcəyik.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz danışıb.
"Süni intellekt sahəsində texnoloji inkişaflar hər gün artan sürətlə irəliləyir. Biz Ali Məclisimizə təqdim etdiyimiz 12-ci İnkişaf Planımıza uyğun olaraq fəaliyyət planımızı nəzərdən keçirəcəyik və son zamanlar daha çox əhəmiyyət kəsb edən məhsuldar süni intellektin və böyük dil modelinin texnoloji sahələrini daxil edəcəyik. Süni intellekt sahəsində araşdırma, sahibkarlıq və innovasiyaları dəstəkləməklə, qlobal şirkətləri Türkiyəyə cəlb etməklə yanaşı, texnologiya ekosistemimizi inkişaf etdirəcək digər sahələrdə də yeni tədbirlər həyata keçirəcəyik",- deyə o bildirib.
Qeyd edək ki, 2024-2028-ci illəri əhatə edəcək 12-ci İnkişaf Planının hazırlıqları çərçivəsində 54 xüsusi ekspertiza komissiyası və 26 işçi qrupu yaradılıb, müxtəlif başlıqlar altında araşdırmalar aparılıb.
Aytac Süleymanova
Twitter: a_alieva_