Bugün Türkiyədə keçiriləcək Nazirlər Kabinetinin iclasında İsrailin Qəzzaya hücumları müzakirə olunacaq

Bugün Türkiyədə keçiriləcək Nazirlər Kabinetinin iclasında İsrailin Qəzzaya hücumları müzakirə olunacaq

Bakı. TurkicWorld:

Bugün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.

TurkicWorld-un məlumatına görə, Ərdoğanın başçılıq etdiyi iclasda İsrailin Qəzzada günahsızlara qarşı etdiyi tarixin ən qanlı hücumu, Türkiyənin qarant təklifi, bölgədə qalıcı sülh və inkişaflar müzakirə ediləcək.

Prezident Ərdoğanın sədrliyi ilə keçiriləcək toplantıda iqtisadiyyatdakı inkişaflar da hərtərəfli müzakirə olunacaq. Nazirlər Kabinetinin iclasının gündəliyində qiymət artımı ilə mübarizədə izləniləcək yol xəritəsi də yer alacaq.

Evdar qadınlara verilən təqaüd və faizsiz evlilik kreditlərinin təfərrüatları, dövlət qulluqçuları və təqaüdçülərə verilən artımın da iclasın gündəmində olacağı gözlənilir.

Aytac Süleymanova

Twitter: a_alieva_