Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Fəxrəddin Altun

Türkiyə qlobal aktor kimi dünyaya damğasını vuracaq - Altun

Bakı. TurkicWorld:

Türkiyə qlobal bir aktor kimi dünyaya damğasını vuracaq.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

"Cümhuriyyətin 100-cü ili Türkiyə Əsrinin başlanğıcıdır. Türkiyə 21 il ərzində regional güc olmaqla yanaşı, sabitlik adasına çevrilib", - deyə o bildirib.

Altun onu da qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkədə ciddi bir potensial formalaşıb.

"29 Oktyabr Türkiyə Cümhuriyyəti Günü tariximiz və kimliyimiz üçün vacib ünsürlərdən biridir və dövlətimiz bunun üçün hər zaman çox güclü hazırlıqlar görüb. Məhz bu baxımdan, bir sıra önəmli layihələr 29 oktyabr tarxində həyata keçirilib", - deyə o əlavə edib.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər