Son dəqiqə

İsrail Şimali Kipr Türk Respublikası Türkiyənin Enerji və Təbii sərvətlər nazirliyi Qəzza

Türkiyədə neft-qaz kəşfiyyatı və hasilatı çərçivəsində 250 quyu qazılacaq

Bakı. TurkicWorld:

Türkiyə 2024-cü ildə Şimali Kipr Türk Respublikasının dəniz lisenziyalı əraziləri də daxil olmaqla quruda və dənizdə neft-qaz kəşfiyyatı fəaliyyətləri çərçivəsində seysmik və qazma işləri daha da intensivləşdiriləcək.

TurkicWorld xəbər verir ki, bu çərçivədə, gələn il xam neft və təbii qazın kəşfiyyatı və hasilatı çərçivəsində quruda və dənizdə 250 quyu qazılacaq.

Məlumata əsasən, 20 min kvadrat kilometrdən çox ərazidə üçölçülü seysmik məlumatlar toplanacaq.

Bundan əlavə, strateji əhəmiyyətli qazma gəmilərinə və hərbi gəmilərə üstünlük verilməklə Şərqi Aralıq dənizində gəmilərə texniki qulluq və təmir üçün yeni tərsanənin yaradılmasına hazırlıqlara başlanacaq. Tərsanənin qurulması üçün yer təyini, araşdırma və layihə işləri tamamlanacaq.

Qeyd edək ki, Türkiyə Qəzzaya hücumlarına görə İsraillə planlaşdırılan bütün enerji əməkdaşlıqlarını dayandırıb.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər