Bakı. TurkicWorld:
Qəzzada çalışan yerli komanda ilə əlaqə saxlaya bilmirik.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Qızıl Aypara Cəmiyyəti öz rəsmi X sosial media hesabında paylaşım edib.
“İsrailin Qəzzada bütün rabitə və internet xətlərini kəsməsindən sonra təəssüf ki, heç bir kommunikasiya kanalı işləmir və biz bütün humanitar yardım işçiləri üçün çox narahatıq. Humanitar işçilər, tibb işçiləri və mülki şəxslər hədəf olmamalıdır”,-deyə paylaşımda qeyd edilib.
Paylaşımda o da bildirilib ki, BMT Baş Assambleyasının Qəzzada qəbul etdiyi “təcili və daimi humanitar atəşkəs” çağırışına uyğun olaraq riayət edilməlidir.
Məlumat üçün bildirək ki, bölgədəki Fələstinlilərə tibbi yardım edən Fələstin Qızıl Aypara Cəmiyyəti, Dünya Səhiyyə Təşkilatının Qəzzadakı qrupları ilə əlaqəsi kəsilib.
İsrailin Qəzzanın hər bölgəsini hədəf alan hücumları 27 oktyabrda bölgənin şimalında intensivləşib.
İsrail ordusu ilk olaraq axşam saatlarında haubitsa hücumları, daha sonra isə hava hücümları ilə Qəzzanın şimalındakı Beyt Hanun bölgəsini hədəf alıb.
Ləman Əsədli
Twitter: Lamanasadli01






