Son dəqiqə

Türkiyə Səudiyyə Ərəbistanı Mehmet Şimşek

Səudiyyə Ərəbistanı ilə “Maliyyə sahəsində əməkdaşlıq anlaşma memorandumu” imzaladıq - Mehmet Şimşek

Bakı. TurkicWorld:

Səudiyyə Ərəbistanı ilə “Maliyyə sahəsində əməkdaşlıq anlaşma memorandumu” imzaladıq.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Xəzinə və Maliyyə naziri Mehmet Şimşek öz rəsmi sosial media hesabında məlumat verib.

"Körfəz səfərimizin son dayanacağı olan Ər-Riyadda iki gün ərzində investorlarla çox məhsuldar görüşlər keçirdik. Bu il yeddinci dəfə keçirilən “Yeni Kompas” mövzusunda “Gələcək İnvestisiya Təşəbbüsü” görüşləri çərçivəsində keçirilən “Maliyyənin Anlamının Balanslaşdırılması” panelində Türkiyə iqtisadiyyatı və proqramımızdan danışdıq. Səudiyyə Ərəbistanının maliyyə naziri cənab Mohammed Al-Jadaan ilə dövlət maliyyəsi və vergi islahatları, fiskal siyasətlə əlaqədar iqlim dəyişikliyi, dövlət-özəl tərəfdaşlıq, milli fiskal siyasət, ikitərəfli münasibətlərin gücləndirilməsi və beynəlxalq koordinasiya və əməkdaşlığın təkmilləşdirilməsi mövzularında müzakirələr apardıq. Bundan əlavə, Səudiyyə Ərəbistanının İnvestisiya Naziri M. Xalid Əl-Falihlə görüşümüzdə iki ölkə arasında potensial investisiya imkanlarını qiymətləndirdik”,- deyə paylaşımda bildirilib.

Aytac Süleymanova

Mövzuya görə xəbərlər