Son dəqiqə

Türkiyə İsrail Rəcəb Tayyib Ərdoğan Türkiyənin Enerji və Təbii sərvətlər nazirliyi Alparslan Bayraktar

Türkiyənin İsraillə təbii qaz kəşfiyyatı və boru kəməri işlərinin dayandırıldığı iddia edilir

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın partiyasının qrup toplantısında İsraili sərt şəkildə tənqid etməsindən qısa müddət sonra Türkiyənin Şərqi Aralıq dənizində İsraillə təbii qaz kəşfiyyatı və boru kəməri işlərinin dayandırıldığı iddia edilir.

TurkicWorld xəbər verir ki, ikitərəfli danışıqlar aparmaq üçün Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar da İsrailə səfər proqramını ləğv edib.

Qeyd edək ki, daha öncə Türkiyə və İsrail enerji nazirləri İsrail qazının bir hissəsinin Türkiyə, bir hissəsinin də Avropaya göndərilməsi ilə bağlı müzakirələr aparıb.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər