Son dəqiqə

Türkiyə İsrail Fəxrəddin Altun İslamafobiya Qəzza

Dünya Fələstindəki humanitar faciəni görməzdən gəlməməlidir - Altun

Bakı. TurkicWorld:

Dünya Fələstindəki humanitar faciəni görməzdən gəlməməlidir.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

“Beynəlxalq ictimaiyyətin diqqətinin bu məsələyə yönəldilməsi üçün ortaya qoyacağımız birgə səylər böyük əhəmiyyət kəsb edir. Qəzzada günahsız mülki insanların öldürülməsi, qətliamın dayandırılması üçün həmrəylik nümayiş etdirməliyik”, - deyə o əlavə edib.

Bütün bəşəriyyəti və beynəlxalq ictimaiyyəti Qəzzada vəhşiliyi dayandırmaq üçün hərəkətə keçməyə dəvət edən Altun nazirlərin bütün beynəlxalq platformalarda İslamafobiya ilə mübarizəyə yönəlmiş təşəbbüslərə dəstək verəcəklərinə inandığını bildirib.

"Fələstin və İsrail arasında son vaxtlar baş verən qarşıdurmalara paralel olaraq, müsəlmanlara qarşı irqçi hücumların arta biləcəyi dövrdəyik. Təəssüf ki, belə münaqişəli mühitlərdə məqsədyönlü dezinformasiya fəaliyyətləri ilə islamofobiya daha qabarıq şəkildə özünü göstərə bilər", - deyə o qeyd edib.

Ləman Əsədli

Twitter:lamanasadli01

Mövzuya görə xəbərlər