Dünya uşaqlarının sevimli qəhrəmanı Şakrak Avropa səyahətinə çıxır

Dünya uşaqlarının sevimli qəhrəmanı Şakrak Avropa səyahətinə çıxır

Bakı. TurkicWorld:

Yazıçı-prodüser Ayşe Gül Kara Zorlunun hazırladığı, TurkicWorld-un rəsmi media sponsoru olduğu qəhraman ŞAKRAK Hollandiya, Fransa, Belçika, Almaniya və Avstriyaya səyahət edəcək.

Yunus Əmrə İnstitutunun təşkil etdiyi tur dünya uşaqları üçün mədəni dialoqu artırmaq, ortaq bir qəhrəman fiquru yaratmaq, universal “sevgi” dilini gücləndirmək məqsədi daşıyır.

Bu çərçivədə "Şakrak Xeyirxahlıq Məktubları" Avropa turuna qatılan bütün uşaqlara çatdırılacaq və zəlzələdən zərər çəkmiş uşaqlar üçün mesajlar yazılacaq.

Ekskursiyadan sonra zəlzələ bölgəsindəki uşaqlara kiçik ürəklərlə bəzədilmiş “Xeyirxahlıq məktubları” təqdim olunacaq, xeyirxahlıq körpüsü qurmağın əhəmiyyəti aşılanacaq.

Bundan əlavə, dünyada sülhə töhfə vermək məqsədilə uşaqların Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü ilə bağlı yazdığı 100 Sülh mesajı 100 Uçan Şarla səmaya qaldırılacaq.

Bütün proqramlarda işarə dili ilə “sevgi və sülh” mesajı verilməklə məhdudiyyətli uşaqlar unudulmayacaq.

Dünya uşaqlarına “qardaşlıq” mesajını çatdırmaq istəyən “Şakrak”ın yazarı və prodüseri Ayşe Gül Kara Zorlu fərqli coğrafiyaları öyrətməklə yanaşı, insani dəyərləri oyunlarla çatdırmaq və ölkələrarası (beynəlxalq) mədəni dialoq quraraq, bu günü deyil, gələcəyi formalaşdırmağı hədəfləyir.

Qeyd edək ki, ŞAKRAK interaktiv şousunda hekayələri ilə uşaqların diqqətini insani dəyərlərdən işarət dilinə qədər geniş spektrə çəkir.

Valideynlərini itirmiş və imkansız uşaqlar başda olmaqla, “yaxşılıq” mesajını çatdırmaq istəyən Zorlu “Şakrak Oyuncağı”nı uşaqlarla bir araya gətirməyə çalışır və bunun üçün dünya ölkələrini gəzir.