Türkiyədə keçirilən seçkilərin gizli qəhrəmanları

Türkiyədə keçirilən seçkilərin gizli qəhrəmanları

Bakı, TurkicWorld:

Türkiyədə keçirilən seçkilərdə millət vəkili namizədlərinin təbliğat kampaniyaları arasında bəzi adların işləri ön plana çıxdı. Seçki kampaniyasına “Doğru Namizəd, Doğru Zaman” şüarı ilə başlayan Milliyətçi Hərəkat Partiyasının (MHP) Sinop millət vəkili İsmail Büyükkayıkçı Ədalət və İnkişaf Partiyasının (AK Parti) Ümumi Mərkəzinin “Doğru Adam” təbliğat kampaniyasından sonra şüarını dəyişdirdi.

Sosial şəbəkələrdə MHP Sinop millət vəkili namizədinin prezident seçkilərinə dəstək üçün “Çayını qoy, gəlirik” videosu gündəm oldu.

Bundan əlavə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qalibiyyət sevinci ilə paylaşdığı Atatürkün səsi olan videodan bir gün sonra Ak Parti Ümumi Mərkəzi Atatürkün səsindən ibarət bir neçə video paylaşdı.

Uğurlu seçki kampaniyasının yerli və milli səviyyədə eyni düşüncələrlə həyata keçirilməsi siyasi arenada böyük təsir yaratdı və MHP Sinop millət vəkili namizədi İsmayıl Büyükkayıkçının seçki işləri MHP sədri Devlet Bahçeli tərəfindən bəyənildi.

Ankara kulislərində ən çox maraq doğuran isə İsmayıl Büyükkayıkçının baş məsləhətçisi və onun agentliyi idi.

Araşdırmalar nəticəsində Türkiyənin gizli qəhrəmanı və gələcəyin siyasi məsləhətçisinin Ayşe Gül Kara Zorlu olduğunu müəyyənləşdirildi.

Seçki ərəfəsində sosial medianı aktiv istifadə edən İsmayıl Büyükkayıkçının siyasi çıxışlarını və layihələrini idarə edən BİŞNEV Agentliyinin sahibi Ayşe Gül Kara Zorlu Türkiyədə və Azərbaycanda tanınan bir addır.

Azərbaycanda, Qətərdə və bir çox ölkələrdə kommunikasiya proqramlarını hazırlayan, Fransanın Kann Festivalında uğurlu prodüserlər siyahısına daxil olan, universitetlərdə dərs keçən, yerli hökumətlərdə rəsmi məsləhətçi kimi xidmət edən, müxtəlif partiyalardan olan siyasi xadimlərə rabitə və agentlik məsləhətləri verən, yerli və dünya uşaqlarının milli kitab qəhrəmanları Sinop'un eyniadlı romanını yazan, bir çox televiziya proqramı hazırlayıb təqdim edən müəllif, məsləhətçi və BİŞNEV Agentliyinin sahibi Ayşe Gül Kara Zorlu Sinop vilayətinin Gerze rayonunda doğulub.

Ümumilikdə 25 kitab, altı qısa animasiya, iki mahnı müəllifi, televiziya və radio proqramları və minlərlə kommunikasiya seminarlarında uğur qazanan Zorlu, siyasi araşdırmalara da yer verib. O, iş və siyasət dünyasında bir çox şəxsə məsləhətlər verib, eyni zamanda, Türkiyədə daha əvvəl görülməmiş bir çox sosial və mədəni layihələrdə ilklərə imza atıb.