Türkiyənin ilk kitab qəhramanı Şakrakın şousu böyük maraqla qarşılanıb

Türkiyənin ilk kitab qəhramanı Şakrakın şousu böyük maraqla qarşılanıb

Bakı. TurkicWorld:

TurkicWorld-un rəsmi media sponsorluğunu üstləndiyi Türkiyənin ilk və yeganə kitab qəhrəmanı “Şakrak”-ın interaktiv oyun şousu "Şakrakla oynamağa hazırsan?" böyük maraqla qarşılanıb.

Tarixi dəyərləri, mədəni irsləri, adət-ənənələri macəra hekayələrinə çevirən yazıçı və prodüser Ayşe Gül Kara Zorlu son kitabında uşaqları Elm və Texnologiya haqqında maarifləndirməyi hədəfləyir. Tuzlada keçirilən layihə mahnıları və animasiya filmləri ilə uşaqlar tərəfindən sevilib.

"Tuzlada Şakrakla oynamağa hazırsan?" interaktiv şouda əylənərkən öyrənən uşaqlara, Tuzla Bələdiyyə Başçısı Şadi Yazıcı tərəfindən hədiyyə kitablar təqdim edilib, daha sonra isə uşaqlar müəllifin imza tədbirinə qatılıblar və xatirə şəkilləri çəkdiriblər.