Tuzla Bələdiyyəsinin təşkil etdiyi festivalda Şakrak qəhrəmanına böyük maraq göstərilib

Tuzla Bələdiyyəsinin təşkil etdiyi festivalda Şakrak qəhrəmanına böyük maraq göstərilib

Bakı, TurkicWorld:

TurkicWorld-un rəsmi media sponsoru olduğu Türkiyənin dünya ölkələrində sərgilənən tək yerli və milli ŞAKRAK kitabının qəhrəmanı və yazıçısı Ayşe Gül Kara Zorlu Tuzla Bələdiyyəsinin 23 aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə təşkil etdiyi festivalda “əylən-öyrən” mövzusunda interaktiv şou təqdim edib.

Şouda ən çox diqqət çəkən Türkiyə dəyərləri mövzusunda fərqindəlik yaratmaq üçün təşkil edilən “dəyərlər oyunu” olub.

Ayşe Gül Kara Zorlu bildirib ki, komanda oyunu uşaqlara və valideynlərə bir sıra diqqət və yaddaş oyunları və bir çox öyrədici oyunlar təklif edir.

“Hər yaş qrupunun daxil olduğu topluma biliyi seminarlarla deyil, oyunlarla çatdırmağı seçdik. Türkiyənin dünyaya açılan yeganə yerli və milli kitab qəhrəmanı ŞAKRAK-ın bu şousu təhsil sahəsində bir ilkdir”, - deyə o əlavə edib.

Qeyd edək ki, TurkicWorld ilə Türkiyəli yazar "Şakrak" personajının ssenari müəllifi Ayşe Gül kara Zorlu arasında rəsmi media tərəfdaşlığı 2022-ci ilin noyabr ayının 5-də imzalanıb.