ŞAKRAK qəhramanı nigeriyalı uşaqlarla görüşüb

ŞAKRAK qəhramanı nigeriyalı uşaqlarla görüşüb

Bakı. TurkicWorld:

Yazıçı-prodüser Ayşe Gül Kara Zorlunun hazırladığı TurkicWorld-un rəsmi media sponsoru olduğu qəhraman ŞAKRAK obrazı Afrikada nigeriyalı uşaqlarla görüşüb.

ŞAKRAK-ın interaktiv şousunda işarə dilindən tutmuş insani dəyərlərə qədər bir çox mövzuda diqqət və yaddaş oyununda komanda olmağın vacibliyi haqqında məlumat əldə edilib.

Dünya uşaqlarına “qardaşlıq” mesajını çatdırmaq istəyən “Şakrak”ın yazarı və prodüseri Ayşe Gül Kara Zorlu fərqli coğrafiyaları öyrətməklə yanaşı, insani dəyərləri oyunlarla çatdırmaq və ölkələrarası (beynəlxalq) mədəni dialoq quraraq, bu günü deyil, gələcəyi formalaşdırmağı hədəfləyir.

Qeyd edək ki, ŞAKRAK interaktiv şousunda hekayələri ilə uşaqların diqqətini insani dəyərlərdən işarət dilinə qədər geniş spektrə çəkir.

Valideynlərini itirmiş və imkansız uşaqlar başda olmaqla, “yaxşılıq” mesajını çatdırmaq istəyən Zorlu “Şakrak Oyuncağı”nı uşaqlarla bir araya gətirməyə çalışır və bunun üçün dünya ölkələrini gəzir.