Qəhraman ŞAKRAK obrazı mədəniyyət elçisi olub

Qəhraman ŞAKRAK obrazı mədəniyyət elçisi olub

Bakı. TurkicWorld:

Yazıçı-prodüser Ayşe Gül Kara Zorlunun hazırladığı TurkicWorld-un rəsmi media sponsoru olduğu qəhraman ŞAKRAK obrazı mədəniyyət elçisi olub.

Universitetlərin məsləhətçiliyi ilə hazırlanan Şakrak serialının 8-ci kampaniyası üçün uşaqların ən böyük marağı "Görəsən hansı şəhərdən bəhs ediləcək?" mövzusu olub.

Aksaray valisi Dos. Dr. Hamza Aydoğdunu ziyarət edən Zorlu Aksarayın tarixi, mədəniyyəti, qastronomi zənginlikləri, adət və ənənələrini gələcək nəsillərə ötürmək üçün fikir mübadiləsi ediblər

Konya Ticarət Palatası Başçısı Səlcuq Öztürk ilə keçirilən görüşdə yerli və milli istehsalın əhəmiyyəti, şəhər şüurunun inkişafı ilə bağlı məsləhətləşmələr aparılıb.

Aksaraylı iş adamı və siyasətçi Cihangir Fikri Saatçioğlu Aksarayın keçmişini, bu gününü və gələcəyini qorumaq üçün Şakrak layihəsi ilə Aksarayın tanıtımına öncülük edir, təhsilə və mədəniyyətə verdiyi əhəmiyyəti əsərlərlə taclandıraraq Aksaraya töhfə verir.