Türkiyənin ilk kitab qəhramanı Şakrakın Sinop İstiqlal İbtidai məktəbində imza mərasimi keçirilib

Türkiyənin ilk kitab qəhramanı Şakrakın Sinop İstiqlal İbtidai məktəbində imza mərasimi keçirilib

Bakı. TurkicWorld:

TurkicWorld-un rəsmi media sponsorluğunu üstləndiyi Türkiyənin ilk və yeganə kitab qəhrəmanı “Şakrak”-ın yazarı Ayşe Gül Kara Zorlunun məzun olduğu Sinop İstiqlal İbtidai məktəbinin direktoru Yasin Sakallı və müəllimlərinin təşəbbüsü ilə "Şakrak" kitabının imza mərasimi keçirilib.

Şakrakın macəra kitabları ilə yazar uşaqlara dünya coğrafiyasını tanıtmaqla yanaşı onlara mədəniyyətlərarası dialoqların inkişafı və insani dəyərlərdən də bəhs edir.

Proqram zamanı müəlliflik peşəsindən və kitab oxumağın əhəmiyyətindən bəhs edilməklə yanaşı, interaktiv oyunları ilə yüzlərlə uşağın əylənərək öyrənməsinə şərait yaradır.

Qeyd edək ki, TurkicWorld ilə Türkiyəli yazar "Şakrak" personajının ssenari müəllifi Ayşe Gül kara Zorlu arasında rəsmi media tərəfdaşlığı 2022-ci ilin noyabr ayının 5-də imzalanıb.