Sülh, xeyirxahlıq və mədəniyyət elçisi ŞAKRAK-ın Avropa turu başlayıb

Sülh, xeyirxahlıq və mədəniyyət elçisi ŞAKRAK-ın Avropa turu başlayıb

Bakı. TurkicWorld:

Sülh, xeyirxahlıq və mədəniyyət elçisi TurkicWorld-un rəsmi media sponsoru olduğu ŞAKRAK-ın Avropa turu başlayıb

TurkicWorld-un məlumatına görə, ŞAKRAK-ın Avropa turunda ilk dayanacağı Hollandiyanın Arnhem və Amsterdam şəhərləri olub.

Hollandiyanın Arnhem şəhərində Joy Ggz ilə uşaq tədbiri təşkil edən yazıçı/prodüser Ayşe Gül Kara Zorlu daha sonra Amsterdamdakı Yunus Emre İnstitutunda uşaqlarla görüşüb.

Deventerin baş konsulu Muammer Hakan Cengizin də qatıldığı Arnhem tədbirində 100 uşaq 100 uçan şarın üzərinə sülh mesajları yazıb və onları uçurublar

Tədbirdə psixiatr Aynur Bayram da ailənin əhəmiyyəti ilə bağlı çıxış edib.

Yunus Emre İnstitutunun Amsterdam fəaliyyəti çərçivəsində, zəlzələdən zərər çəkmiş uşaqlara çatdırmaq üçün Şakrak xeyirxahlıq məktubları və kartlar yazılıb.

Xeyirxahlıq qəhrəmanı ŞAKRAK-ın verilişlərində Cümhuriyyətin 100 illiyinə həsr olunmuş “Sülh və Xeyirxahlıq” mesajı oyunlarla danışılıb, hekayələr vasitəsilə çatdırılıb.

Hər yaşda olan uşaqlar interaktiv proqramlarda əylənərək öyrəniblər.

Hafiz Rufizoğlu