Bakı. TurkicWorld:
Türkiyə Silahlı Qüvvələri Türkiyə və KKTC-nin hüquq və mənafelərini qətiyyətlə qorumağa davam edir.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk deyib.
"Türkiyə Silahlı Qüvvələri Türkiyə və KKTC-nin hüquq və mənafelərini qətiyyətlə qorumağa davam edir. Bu çərçivədə Türkiyə Hərbi Dəniz Qüvvələri kəşfiyyat, müşahidə və təlim/məşq fəaliyyətlərini Şərqi Aralıq dənizində uğurla davam etdirir",- deyə vurğulayıb.
Aytac Süleymanova
Twitter: a_alieva_







