Bakı. TurkicWorld:
Səudiyyə Ərəbistanının elektron viza müraciətinə Türkiyə də daxil edilib.
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu danışıb.
"Vizaların işlənməsi asanlığına görə təşəkkür edirəm. Bu, həm ümrə, həm Həcc, həm də digər səfərlər üçün ciddi rahatlıq təmin edəcək",- deyə Uraloğlu qeyd edib.
Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri Tevfik er-Rabia bildirib ki, elektron viza müraciəti ilə Türkiyə vətəndaşları beş dəqiqədən az müddətdə və ya Səudiyyə Ərəbistanının istənilən hava limanına getdikləri zaman viza ala biləcəklər. Bu viza bir il müddətində qüvvədə olacaq. Onlar 90 gün müddətində iqamətgah ala biləcəklər. Elektron viza ilə Türkiyə vətəndaşları bütün bölgə və şəhərlərə, eləcə də Məkkə və Mədinəyə səfər edə biləcəklər.
Səudiyyə Hava Yollarının oturacaq tutumunu artırdığını deyən əl-Rabia, Ankaradan Mədinə və Ciddəyə uçuşların artacağını, həm elektron viza, həm də reyslərin sayının artırılması iki ölkə arasında əlaqələri yaxşılaşdıracağını, turizm və digər sahələrə müsbət təsir göstərəcəyini bildirib.







