Son dəqiqə

Türkiyə Resmi Gazete TBMM

Türkiyə ordusunun Mərkəzi Afrikada qalma müddəti uzadılıb

Bakı. TurkicWorld:

Türkiyə hərbçilərinin BMT-nin Müvəqqəti Qüvvələrinin Mərkəzi Afrikadakı missiyasında iştirak mandatı bir il müddətinə uzadılıb.

TurkicWorld xəbər verir ki, bu barədə qərar Türkiyə Rəsmi Qəzetində dərc edilib.

Qərara əsasən, Türkiyə hərbçiləri 2024-cü il oktyabrın 31-dək Mərkəzi Afrikada qalacaqlar.

Qeyd edək ki, 9 oktyabr tarixində Birləşmiş Millətlər Təşkilatının (BMT) Mərkəzi Afrika Respublikasında həyata keçirilən əməliyyatlarda və missiyalarda iştirakı ilə bağlı Türkiyə Silahlı Qüvvələrinə (TSK) verilən səlahiyyətin bir il uzadılması ilə bağlı Prezident memorandumu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Rəyasət Heyətinə təqdim edilib.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər