Son dəqiqə

Türkiyə Türkiyənin Enerji və Təbii sərvətlər nazirliyi Alparslan Bayraktar

Türkiyənin bərpa olunan enerji quraşdırması 12 ildən sonra 60 gigavata çatacaq - Alparslan Bayraktar

Bakı. TurkicWorld:

Türkiyənin bərpa olunan enerji quraşdırması 12 ildən sonra 60 gigavata çatacaq.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar qeyd edib.

“Türkiyə bu gün enerjini etibarlı və ucuz şəkildə təmin etməklə yanaşı, ekoloji cəhətdən təmiz şəkildə təmin edir. Biz böyüyən bir bazar olduğumuz üçün enerji tələbatımız həm elektrik, həm də təbii qaz tərəfində artır. Təxminən, üç qat artım olub. Son 20 ildə enerji tələbatımız hər il 4,7 faiz artır və biz bu tendensiyanın 20 il davam edəcəyini düşünürük. Bu səbəbdən Türkiyədə enerji istehsalına əhəmiyyətli investisiyaların edilməsi vacibdir. Biz qarşıdakı 30 ildə kənd təsərrüfatından nəqliyyata və sənayeyə qədər bütün enerji sistemimizi, bütün sektorlarımızı transformasiya etməliyik. İqtisadiyyatın bütün sektorlarında enerji sahəsinin çevrilməsi lazımdır. Türkiyə enerjidə karbon neytrallığına çatmaq üçün əhəmiyyətli investisiyalar edir. İlk növbədə, bərpa olunan enerji sahəsində əhəmiyyətli bir potensialımız var. Hazırda günəş və külək enerjisi ilə bağlı layihələr var”,- deyə Bayraktar bildirib.

Nazir Bayraktar, Türkiyənin enerji sektorunda bərpa olunan enerjinin artan əhəmiyyətinə diqqət çəkərək qeyd edib ki, Türkiyədə qurulan enerjinin 55 faizi bərpa olunan enerjidən əldə edilir və biz bunu daha da artırmaq istəyirik. Günəş və külək enerjisində quraşdırılmış gücümüzü artırmalıyıq.

"Uzunmüddətli perspektivdə nüvə enerjisində ən az 20 gigavat quraşdırılmış gücə ehtiyacımız var. Akkuyunun gücü 4,8 gigavatdır, ancaq ikinci və üçüncü nüvə stansiyalarına da ehtiyacımız var. Rosatom da Sinopda planlaşdırdığımız nüvə stansiyaya böyük maraq göstərir",- deyə Alparslan Bayraktar əlavə edib.

Türkiyəli nazir vurğulayıb ki, məqsədimiz 2024-cü ildə Akkuyu AES-də ilk reaktordan elektrik enerjisi istehsal etməkdir. Bütün enerjini işə salacağıq, elektrik stansiyası isə növbəti illərdə istifadəyə veriləcək. Bu AES 30-35 milyon ton karbon emissiyasının qarşısını almağa imkan verəcək. Bayraktar, kiçik modul reaktorlar sahəsində də həll yolları üçün addımlar atdıqlarını söylədi.

"Türkiyədə rəqabətədavamlı və ucuz enerji təchizatına önəm veririk. Türkiyə sənaye ölkəsi olaraq istehsal nöqtəsində çox yüksək gücə malikdir və onların elektrik enerjisi və təbii qazda da etibarlı enerjiyə ehtiyacı var",- deyə Alparslan Bayraktar qeyd edib.

Qeyd edək ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bu gün Rusiyaya səfər edib.

Məlumat üçün bildirək ki, Akkuyu Atom Elektrik Stansiyası 2010-cu il mayın 12-də Türkiyə və Rusiya prezidentləri arasında imzalanmış müqavilə çərçivəsində Türkiyənin Mersin vilayətinin Büyükeceli bölgәsindә tikilib.

2018-ci ilin aprel ayında birinci reaktorun, 2020-ci ilin iyun ayında ikinci reaktorun, 2021-ci ilin mart ayında üçüncü reaktorun, 2022-ci ilin iyun ayında isə sonuncu reaktorun təməli qoyulub. Aprelin 27-də Atom Elektrik Stansiyasına ilk yanacaq yüklənib.

Ümumi gücü 4 min 800 meqavat olan dörd blokdan ibarət Akkuyuda dörd reaktorun bir il fərqlə istifadəyə verilməsi planlaşdırılır. Dörd reaktorun istismara verildiyi zaman ildə cəmi 35 milyard kilovat-saat elektrik enerjisi istehsal ediləcək və Türkiyənin elektrik enerjisinə ehtiyacının təxminən 10 faizini qarşılayacağı gözlənilir. AES ilə ildə 17 milyon ton karbon emissiyasının qarşısı alınacaq.

Mövzuya görə xəbərlər