Kipr Türk Dövlətinin İƏT-in Daşkənd sammitinə dəvət olunacağından əminik - Hakan Fidan

Kipr Türk Dövlətinin İƏT-in Daşkənd sammitinə dəvət olunacağından əminik - Hakan Fidan

Bakı. TurkicWorld:

Kipr Türk Dövlətinin İqtisadi Əməkdaşlıq Təşkilatının Daşkənd sammitinə dəvət olunacağından əminik.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının oktyabrın 10-da Şuşada keçirilən 27-ci iclasında çıxışı zamanı deyib.

"Hesab edirik ki, İqtisadi Əməkdaşlıq Təşkilatının bütün toplantı və sammitlərinə müşahidəçilər dəvət edilməli və onların açıqlamalarına icazə verilməlidir", - deyə o əlavə edib.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti sammiti bu ilin noyabrında Daşkənddə keçiriləcək.

Ləman Əsədli
Twitter: Lamanasadli01