Son dəqiqə

Türkiyə Səudiyyə Ərəbistanı Abdulkadir Uraloğlu Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi

Türkiyə Səudiyyə Ərəbistanı ilə dəniz daşımaları üçün əməkdaşlıq edə bilər - Uraloğlu

Bakı. TurkicWorld:

Türkiyə Səudiyyə Ərəbistanı ilə dəniz daşımaları sahəsində də əməkdaşlıq edə bilər.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Səudiyyə Ərəbistanının nəqliyyat və logistika xidmətləri naziri Saleh Bin Nasser Bin Alali Aljasserlə görüşü zamanı bildirib.

“Birgə işçi qrupları üzərində işləməyə başlanılıb. Dənizçilərin vəsiqələrinin qarşılıqlı tanınması məsələsi də faydalı olacaq. İnkişaf yolu layihəsini və nəqliyyatla bağlı digər məsələləri də görüş çərçivəsində müzakirə etdik. Ölkələrimiz arasında ticarət həcminin qısa müddətdə 10 milyard dollara, uzunmüddətli perspektivdə isə 30 milyard dollara çatdırılması hər iki ölkə üçün faydalı olacaq. Bunun üçün mütləq nəqliyyat dəhlizlərini inkişaf etdirməliyik. Bu yollar təkcə nəqliyyata deyil, həm də inkişafa və təhlükəsizliyə töhfə verir", - deyə o əlavə edib.

Nazir Uraloğlu onu da qeyd edib ki, Türkiyə Səudiyyə Ərəbistanı ilə texnologiya sahəsində də əməkdaşlıq edə bilər.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər