Son dəqiqə

Türkiyə Türkiyə Ticarət nazirliyi Brüssel Ömər Bolat

Ömər Bolat Brüsselə səfər edib

Bakı. TurkicWorld:

Türkiyənin ticarət naziri Ömər Bolat Brüsselə səfər edib.

TurkicWorld xəbər verir ki, bu barədə nazir Bolat öz rəsmi X (twitter) sosial media hesabında bildirib.

"2023-cü ildə Ankara razılaşmasının 60-cı ildönümünü qeyd etdiyimiz bir zamanda Türkiyə-Avropa İttifaqı əlaqələrinə əhəmiyyət verir və maraqlı tərəflərlə görüşlər keçiririk. Bu kontekstdə biz Brüsseldə yerləşən və Aİ məsələləri ilə məşğul olan beyin mərkəzi Avropa Siyasət Mərkəzində (EPC) görüş keçirdik. Türkiyə ilə Aİ arasında ticarət sahəsində “Müsbət Gündəm” və “Gömrük İttifaqı”nın təkmilləşdirilə biləcək aspektləri haqqında fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər