Bakı. TurkicWorld:
Egey dənizinin Türkiyə hissəsində 4,5 bal gücündə zəlzələ baş verib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.
Məlumata görə, zəlzələ yerin 7 kilometr dərinliyində baş verib.
Zəlzələ nəticəsində dağıntıların olmadığı bildirilib.