Son dəqiqə

Türkiyə Brüssel Ömər Bolat

Ticarət naziri Bolat Brüsselə səfər edəcək

Bakı. TurkicWorld:

Türkiyənin Ticarət naziri Ömər Bolat sabah Brüsselə səfər edəcək.

TurkicWorld-un məlumatına görə, səfər çərçivəsində Bolat Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis, Avropa Komissiyasının Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhelyi və Avropa Komissiyasının İqtisadiyyat üzrə komissarı Paolo Gentiloni ilə görüşlər keçirərək, Türkiyə-Avropa İttifaqı ikitərəfli ticari-iqtisadi əməkdaşlıq imkanlarını və əlaqələrin dərinləşdirilməsini müzakirə edəcək.

Bolatın Avropa Siyasət Mərkəzində və "Brügel Çıxışları Tədbiri" çərçivəsində Türkiyə-Avropa İttifaqı iqtisadi əlaqələrinin əhəmiyyəti, Gömrük İttifaqının yenilənməsi, hər iki tərəfə təqdim etdiyi imkanlar, qlobal dəyər zəncirlərində yaşıl və rəqəmsal transformasiya, Türkiyə-Aİ əməkdaşlığının gücləndirilməsi mövzusunda çıxışı nəzərdə tutulur.

Digər tərəfdən, Ömər Bolatın türk iş dünyasının nümayəndələri ilə də görüşü planlaşdırılır.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər