Bakı. TurkicWorld:
Türkiyənin Müdafiə Sənayesi sədri Haluk Görgün reaktiv təlim və yüngül hücum təyyarəsi HÜRJET-in afterburner (yanma sonrası) testində iştirak edib.
TurkicWorld-un məlumatına görə, bu barədə Haluk Görgün öz X hesabında paylaşım edib.
“Mühəndislərimiz tərəfindən yerli və milli səviyyədə dizayn, inkişaf və istehsal edilən və bu yaxınlarda səmalarda uçduğunun şahidi olduğumuz HÜRJET bir-bir sınaqlarından keçir. Yandırma sınağından sonra HÜRJET-in kokpitində təyyarəmizin son vəziyyətini yaşamaq imkanım oldu. Türk mühəndislərinin işi olan HÜRJET-imizi ən qısa zamanda təhlükəsizlik qüvvələrimizin xidmətinə verməyə çalışacağıq.” –deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, HÜRJET Reaktiv Təlim Təyyarələri Layihəsi çərçivəsində işlər, 2017-ci ilin avqust ayında başlayıb. İstehsalı tamamlanan ilk komponent 10 iyun 2022-ci il tarixində təşkil edilən mərasimlə son montaj xəttinə daşınıb və layihənin ən mühüm hissələrindən biri olan mühərrik, 30 yanvar 2023-cü ildə işə salınıb. HÜRJET ilk uçuşunu aprelin 25-də edib.
Uçuş sınaqlarını davam etdirəcək HÜRJET-in variantları arasında Reaktiv Təlim Təyyarəsi, Akroteam Nümayiş Təyyarəsi, Döyüş Hazırlığı Təyyarəsi, Qırmızı Təyyarə və Təyyarədaşıyıcı Eniş-Kayış versiyaları var.
Məlumat üçün bildirək ki, 27 dekabr 2022-ci il tarixində Müdafiə Sənayesi Rəhbərliyi ilə Türkiyə Aerokosmik Sənayesi arasında imzalanan müqavilə çərçivəsində, birinci mərhələdə 4 təyyarə, lazımi mərhələdə isə əlavə 12 təyyarə üçün razılıq əldə olunub.
Layihə çərçivəsində ikinci prototipin ilk uçuşu 2024-cü ilin iyun ayında planlaşdırılır.
Mühendislerimizin yerli ve milli olarak, tasarladığı, geliştirdiği, ürettiği ve yakın zaman önce göklerde süzülüşüne şahit olduğumuz Hürjet'miz testlerini birer birer geçiyor.
— Prof. Dr. Haluk Görgün (@halukgorgun) October 7, 2023
After Burner testi sonrası Hürjet'in kokpitinde uçağımızın son durumunu deneyimleme imkanım oldu.… pic.twitter.com/pkMejIiYDW
Hafiz Rufizoğlu