Son dəqiqə

Türkiyə Misir TUSAŞ HÜRJET

HÜRJET təlim təyyarəsi Misirə eniş edib

Bakı, TurkicWorld

Türk Aerokosmik Sənayesi-TUSAŞ-ın milli resurslarla istehsal etdiyi HÜRJET təlim təyyarəsi Beynəlxalq Aviasiya Sərgisində iştirak etmək üçün Misirə eniş edib.

TurkicWorld xəbər verir ki, sərgi çərçivəsində HÜRJET ilk dəfə Misir səmasında uçdu.

HÜRJET Afrikanın ən əhəmiyyətli müdafiə və aviasiya sərgisi olan Misir Beynəlxalq Aviasiya Sərgisində 5 sentyabra qədər iştirak edəcə.

Sərgi çərçivəsində HÜRJET-in məşhur Misir piramidaları üzərində uçuş həyata keçirəcəyi gözlənilir.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər