Son dəqiqə

Türkiyə TUSAŞ HÜRJET

HÜRJET Misirdə keçiriləcək sərgidə iştirak edəcək

Bakı, TurkicWorld

Türkiyənin reaktiv təlim təyyarəsi olan HÜRJET 3-5 sentyabr tarixləri arasında Əl Alameyn Beynəlxalq Hava Limanında keçiriləcək hava sərgisi üçün Misirə gəlib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Aerokosmik Sənayesi (TUSAŞ) açıqlama verib.

Ankaradakı Akıncı bazasından yola düşən HÜRJET-in ilk dayanacağı Antalya olub. HÜRJET yanacaq doldurduqdan və uçuş öncəsi son yoxlamalardan sonra yenidən havaya qalxıb.

Aralıq dənizini keçərək 1 saat 15 dəqiqəlik yoldan sonra Misirin İsgəndəriyyə şəhəri yaxınlığında yerləşən Əl Alameyn Beynəlxalq Hava Limanına enib.

HÜRJET 3-5 sentyabr tarixləri arasında Afrikanın ən əhəmiyyətli müdafiə və aviasiya sərgisi olan Misir Beynəlxalq Aviasiya Sərgisində iştirak edəcək. Sərginin son günündə HÜRJET-in Misirin simvollarından olan piramidaların üzərindən uçması da gözlənilir.

Qeyd edək ki, HÜRJET son uçuş sınaqlarında 45 min fut yüksəkliyə qalxaraq imkanlarını təkmilləşdirdi. İlk uçuşundan bəri təyyarə 100-dən çox uçuş həyata keçirib və havada qalma müddəti 120 saata çatıb.

Mövzuya görə xəbərlər