Son dəqiqə

Resmi Gazete Türkiyə Enerji Bazarını Tənzimləmə Qurumu (EPDK)

EPDK Türkiyədə 5 şirkətə yeni lisenziya verib

Bakı. TurkicWorld:

Türkiyə Enerji Bazarını Tənzimləmə Qurumu 5 şirkətə yeni lisenziya verib.

TurkicWorld bu barədə "Resmi Gazete"ye istinadən xəbər verir.

"Enerji Bazarını Tənzimləmə Qurumu (EPDK) 5 şirkətə lisenziya verib, 1 şirkətin lisenziyasını ləğv edib, 2 şirkətin lisenziya müddətini uzadıb. Müvafiq olaraq, elektrik enerjisi bazarında fəaliyyət göstərmək istəyən bir şirkətə paylama lisenziyası verilib. Doldurma xidməti qaydası çərçivəsində, 2 şirkətə şarj şəbəkə operatoru lisenziyası verilmiş, 1 şirkətin lisenziyasına isə xitam verilib. Neft bazarında 2 şirkətə bunker tədarükü lisenziyası verilib, 2 şirkətin isə saxlama lisenziyasının müddəti uzadılıb",- deyə məlumatda bildirilib.

Mövzuya görə xəbərlər