Bakı. TurkicWorld:
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Türkiyə və İtaliyanın AVRO-2032 ortaqlıq müraciətini qəbul edib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının yaxın vaxtlarda rəsmi açıqlama verəcəyi gözlənilir.
Məlumata əsasən, UEFA İcraiyyə Şurası turniri təşkil edəcək ölkə ilə bağlı qərarını oktyabrın 10-da açıqlayacaq.
Xatırladaq ki, iyul ayında Türkiyə və İtaliya AVRO-2032 Avropa Futbol Çempionatına namizəd olmaq üçün UEFA-ya birgə müraciət ediblər.
Ləman Əsədli
Twitter: lamanasadli01