Son dəqiqə

Türkiyə İsrail Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Binyamin Netanyahu

İsrail prezidentinin Türkiyəyə səfəri gözlənilir

Bakı. TurkicWorld:

İsrail prezidenti Benyamin Netanyahunun Türkiyəyə səfəri gözlənilir.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

"Netanyahunun xəstəliyi səbəbindən edə bilmədiyi və təxirə salınan Türkiyə səfəri təxminən oktyabr-noyabr aylarında baş tutacaq. Bu səfərin ən uyğun zamanda baş verməsini təmin etmək üçün intensiv görüşlər davam edir",- deyə Ərdoğan qeyd edib.

Bundan əlavə, səfər çərçivəsində, iki ölkənin enerji, turizm və texnologiya kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahunun 28 iyul tarixində Türkiyəyə planlaşdırılan səfəri səhhətinə görə təxirə salınmışdı.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər