Bakı. TurkicWorld:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Cevdet Yılmaza təhvil verib.
TurkicWorld bu barədə Resmi Gazeteye istinadən xəbər verir.
Qeyd olunur ki, bu addım R.T.Ərdoğanın Azərbaycana etdiyi rəsmi səfəri ilə əlaqədar atılıb.
Xatırladaq ki, bu gün Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə yollanır.
Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü planlaşdırılır.
Aytac Süleymanova
Twitter: a_alieva_






