Bakı. TurkicWorld:
Yeni texnologiyalarla nəqliyyatda əlçatanlıq artacaq.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
"Əlçatan Nəqliyyat Strategiyası və Fəaliyyət Planı 2020-ci ildə qüvvəyə minib. Bu fəaliyyət planı hər yerdə, hər kəs üçün və hər zaman nəqliyyatda əlçatanlığı təmin etmək və bütün yeni nəqliyyat təşəbbüslərini tam əlçatan etmək üçün hazırlanıb. Bu planı hazırlamaqla nəqliyyatda əlçatanlıq mövzusunda cəmiyyətdə məlumatlılığın artırılması, texnologiya və innovasiyaya əsaslanan əlçatanlığın dəstəklənməsi, institusional potensialı təkmilləşdirmək, infrastruktur-üst struktur və nəqliyyat vasitələrinin əlçatanlığını yaxşılaşdırmaq yolu ilə tətbiqlərin həyata keçirilməsini hədəfləmişik",- deyə Uraloğlu qeyd edib.
Abdulkadir Uraloğlu bildirib ki, Fəaliyyət Planı çərçivəsində hərəkət qabiliyyəti məhdud şəxslərin şəhərdə piyada təhlükəsiz hərəkətini dəstəkləyəcək texnoloji tətbiqlər hazırlanacaq. Bütün terminallarda əlçatanlıq ilə bağlı xidmət göstərəcək dəstək məntəqələrini artıracağıq.
"Nazirlik nəqliyyatda əlçatanlığın davamlı olması və məlumatlılığın artırılması məqsədilə treninqlər təşkil edir. Əlverişli nəqliyyatın inkişafı ilə bağlı mühüm maarifləndirmə kampaniyası kimi qiymətləndirilən təlimlərdə nazirliyin müvafiq qurumları, dövlət qurumları, bələdiyyələr, qeyri-hökumət təşkilatları, özəl sektor və ali məktəblərin nümayəndələri iştirak edirlər",- deyə nazir əlavə edib.
Bundan əlavə Uraloğlu vurğulayıb ki, yeni hava limanları əlçatanlıq qanunvericiliyinə və standartlara uyğun tikilir. Bu günə kimi 37 hava limanı əlçatanlıq sertifikatı alıb.
Aytac Süleymanova
Twitter: a_alieva_







